AZ EN RU

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin saytı “GOV.AZ” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin elektron informasiya resursu yeni “nminenergy.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Nəşr edilib : 17.02.2023 12:24