AZ EN RU

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları təlimdə iştirak edib - FOTOLAR

    Hüquq və İnsan  Haqları  İnstitutu  tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində təsbit edilən “Azadlıq  və Şəxsi Toxunulmazlıq Hüququ mövzusunda keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Daxili İşləri Nazirliyinin İstintaq və Təhqiqat Xidmətinin müstəntiq və təhqiqatçıları iştirak ediblər. 
    Təlimdə Hüquq və İnsan  Haqları  İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə institutun fəaliyyəti və məqsədləri barədə məlumat verib. Vurğulanıb ki, Daxili İşlər orqanlarında Avropa İnsan Hüquqları Konvensiyasının  5-ci maddəsinin “Azadlıq və Şəxsi Toxunulmazlıq Hüququ” barədə maarifləndirmə işinin düzgün təşkili  ölkəmizdə  aktual və  əhəmiyyətli bir məsələdir.
    Sonra təlimə start verilib. 
    İnstitutun eksperti Vəfaddin İbayevin təqdimatında “Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik  baxış bucağında”, “Avropa  İnsan Hüquqları Konversiyasının 5-ci maddəsi” mövzularında iştirakçılara ətraflı izah  verilib.
    İnstitutun İdarə Heyəti  sədrinin  müavini  Natəvan Rüstəmova   isə təqdimatında “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi və dövlətin  vəzifələri”, “Azadlıq və toxunuluzmalıq  hüququnun məhdudlaşdırılması”, “Avropa İnsan hüquqları Konvensiyasının  5-ci maddəsi üzrə Azərbaycana  qarşı  çıxarılan  qərarlarda ən çox tanınan pozuntular” mövzularında ətraflı məlumat verilib.
    Təlim çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlının aparıcılığı ilə iştirakçılardan ibarət qruplar arasında 5-ci maddə üzrə təhlil işinin aparılması təşkil olunub, qrupların təqdimatları dinlənilib, birgə müzakirələr aparılıb.
    Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
 

Nəşr edilib : 14.06.2023 20:05