AZ EN RU

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin hava şəraiti ilə bağlı sürücülərə müraciəti

Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi muxtar respublika ərazisində qarlı hava şəraiti ilə əlaqədar sürücülərə ehtiyatlı olmağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, piyadalara qarşı diqqətli olmağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən istifadə etməməyi, piyadalara isə səkilərlə hərəkət etməyi, qarşıdan-qarşıya keçərkən mütləq piyada keçidlərindən və piyada zolaqlarından istifadə etməyi tövsiyə olunur.

Hazırda muxtar respublikanın bəzi ərazilərində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib ki, bu da yol nişanlarının,  nişanlanma xətlərinin və digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə hərəkət etməli, piyada keçidlərindən istifadə etməli, bir sözlə məsuliyyət hissini unutmamalıdırlar

Nəşr edilib : 23.01.2024 09:54