AZ EN RU

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Zəfər Parkında olub

Zəfər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Zəfər parkını ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov  və agentliyin kollektivi tərəfindən Zəfər Abidəsinin  önünə gül dəstələri qoyulub, Vətənin bütövlüyü uğrunda canlarında keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Xatirladaq ki, Prezident cənab İlham Əliyevin  “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb. Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində  əbədi dalğalanır, torpaqlarımız uğrunda  şirin canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim yaşadılır.

Xəbərlər söbəsi

Nəşr edilib : 07.11.2023 18:06