AZ EN RU

Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən 25 yanvar 2022-ci il tarixdə 15 faiz güzəştlə açıq hərraca çıxarılacaq əmlaklar haqqında məlumat

    Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin 5% məbləğində beh Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki İcra Məmurlarının Xüsusi Vəsaitlər Fonduna 21 yanvar 2022-ci il tarixinədək ödənilməlidir. 
    Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qa­nunvericilikdə müəyyən edilmiş iştirak haqqı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ21NABZ12360100000000005944 nömrəli hesabına köçürülür. Sifarişlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində (Atatürk 42) qəbul olunacaqdır. Məlumat dərc olunduğu vaxtdan auksionda iştirak etmək arzusunda olan hüquqi və fiziki şəxslər satışa çıxarılan əmlakların sənədləri ilə Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində tanış ola bilərlər.
    Auksionda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunur:
    - Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi tərəfindən təsdiq edilmiş formada sifariş;
    - ödəniləcək behin qəbzi;
    -hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
    - fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
    Hərrac 25 yanvar 2022-ci il tarixdə, saat 1100-da Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçiriləcək. 

   Əlavə məlumatı Auksion Mərkəzindən ala bilərsiniz.
Əlaqə telefonu: 545-01-38  

Nəşr edilib : 18.01.2022 19:57