AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Şərur rayonunda vətəndaşları qəbul edəcək

“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi mayın 29-da saat 10:00-11:00-da Şərur Rayon Məhkəməsində (ünvan: Şərur şəhəri, 28 May küçəsi 3, telefon: (036) 542-46-42, elektron poçt ünvanı contact@sharurcourt.gov.az) vətəndaşları qəbul edəcək.
Vətəndaşlar telefon və elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Qəbula qeydiyyat qəbulun həyata keçiriləcəyi gündən əvvəlki iş günü saat 18:00-da başa çatır.

Nəşr edilib : 27.05.2024 14:03