AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin rəsmi internet səhifəsi “GOV.AZ” zonasına köçürülüb

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin (nsupremecourt.gov.az) informasiya resursu AzStateNet şəbəkəsinə köçürülüb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin rəsmi internet saytı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb.

Yenilənmiş internet səhifəsinin optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin ediləcəkdir.

                                         Naxçıvan Muxtar Respublikası

                                           Rabitə və Yeni Texnologiyalar Nazirliyinin

                                         mətbuat xidməti

Nəşr edilib : 22.02.2023 15:50