AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN QƏRARI

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad­dəsinin II hissəsini  və 32-ci maddəsinin  I hissəsinin 1-ci bəndini  rəhbər tutaraq qərara alıram:

1. 2023-cü il avqust ayının 1-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılsın.

2. Növbədənkənar  sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilsin:

2.1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2.2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2.3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

2.4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;

2.5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;

2.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqındaNaxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

2.7. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqındaNaxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;

2.8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;

2.9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.

3.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı bu Qərardan irəli gələn məsələləri həll etsin.

     Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini:

AZƏR ZEYNALOV

Naxçıvan şəhəri, 28 iyul 2023-cü il

Nəşr edilib : 28.07.2023 20:11