AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işinə başlayıb

Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında”,  “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişiklik edilməsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının qəbul edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi məsələləri daxil edilib.

Nəşr edilib : 01.08.2023 11:15