AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iqtisadi siyasət komitəsinin iclası keçirilib

Yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iqtisadi siyasət komitəsinin iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında layihə, dövlət sosial müdafiə fondunun 2023-cü il büdcə layihəsi və işsizlikdən sığorta fondunun 2023-cü il büdcə lahiyəsi müzakirə olunub.

Müzakirələrdən sonra büdcə layihələrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasına təqdim olunması üçün qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 10.01.2023 16:40