AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Qanunu

Naxçıvan  Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən öz işini təşkil etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun qüvvəyə mindiyi gündən “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının 1999-cu il 16 yanvar tarixli 84 nömrəli Qanunu ləğv edilir.

Azər ZEYNALOV

    Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini

Naxçıvan şəhəri, 01 avqust 2023-cü il

Nəşr edilib : 01.08.2023 15:22