AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş keçirilib - FOTO

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Hüseyn Engin Sarıibrahim ilə görüşmüşdür.

Görüşdə Naxçıvan-İqdır əlaqələrinin Azərbaycan-Türkiyə münasibətlərindəki rolundan, eləcə də muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı enerji, nəqliyyat, təhsil və  iqtisadi-ticarət əlaqələrindən bəhs olunmuş, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 28.09.2022 18:16