AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 29 noyabr tarixli 215-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 29 noyabr tarixli 215-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3.0.21-ci yarımbənddə “seçilməsi barədə təkliflər vermək” sözləri “seçilməsini təmin etmək” sözləri ilə əvəz edilsin.

2. 5.5-ci bənddə “bir” sözü “iki” sözü ilə əvəz edilsin.

3. 5.6-cı bənddə “Nazir müavini ona” sözləri “Nazirin müavinləri onlara” sözləri ilə, “daşıyır” sözü “daşıyırlar” sözü ilə əvəz edilsin.

4. 5.8.6-cı yarımbənddə “müavinin və” sözləri “nazir müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə” sözləri ilə əvəz edilsin.

5. 5.9-cu bənddə “müavinindən” sözü “müavinlərindən” sözü ilə əvəz edilsin.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini: 

Naxçıvan şəhəri,  05 iyun 2024-cü il

Nəşr edilib : 05.06.2024 17:05