AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 3 aprel tarixli 5-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 3 aprel tarixli 5-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.4-cü bəndə “vəzifəli şəxsləri,” sözlərindən sonra “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları,” sözləri əlavə olunsun və həmin bənddə “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına (bundan sonra – qəyyumluq və himayə orqanları)” sözləri “Nazirliyə” sözü ilə əvəz edilsin.
2. 2.5-ci bənddə “qəyyumluq və himayə orqanları” sözləri “Nazirlik” sözü ilə əvəz olunsun və həmin bəndə “uşaqlar” sözündən sonra “, himayədar ailə” sözləri əlavə edilsin.
3. 4.2-ci bəndin birinci cümləsində və 4.3-cü bənddə “12” rəqəmləri “12 (on iki)” sözləri ilə əvəz edilsin.
4. 5.2-ci bəndə “tərkibi” sözündən sonra “(ailə üzvlərinin sayı, o cümlədən ailədə olan uşaqların yaşı və cinsi)” sözləri əlavə edilsin.
5. Aşağıdakı məzmunda 15.2-1-ci bənd əlavə edilsin:
“15.2-1. Uşaq onu 3 (üç) aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.3.3 – 118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil olunmur.”.

ANAR İBRAHİMOV
Naxçıvan Muxtar Respublikası 
Ali Məclisi sədrinin müavini:                            Naxçıvan şəhəri,  17 noyabr 2023-cü il

Nəşr edilib : 17.11.2023 19:25