AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 3 may tarixli 66-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şərq qapısı” qəzeti redaksiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his¬səsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 3 may tarixli 66-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şərq qapısı” qəzeti redaksiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bəndə “Şərq qapısı” qəzeti” sözlərindən sonra “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə əsasən” sözləri əlavə edilsin və həmin bənddən “və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 1-1-ci və 1-2-ci bəndlər əlavə edilsin:

“1-1. “Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasının hüquqi aktlarının və rəsmi məlumatların dərc edildiyi dövri nəşrdir.

1-2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri “Şərq qapısı” qəzeti redaksiyasının nizamnaməsini təsdiq edir, istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, onun maliyyə, təminat və təchizat məsələlərini həll edir.”.

3. 3-cü bəndə “Redaksiya” sözündən sonra “hüquqi şəxsdir,” sözləri əlavə edilsin.

4. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4. Redaksiyanın saxlanma xərcləri fəaliyyətinin həyata keçirilməsindən əldə edilmiş gəlir və qanunvericiliklə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. Redaksiya fəaliyyətinin nəticələrinə görə təsisçi qarşısında məsuliyyət daşıyır.”.

5. 5-ci bəndə “Təbriz küçəsi” sözlərindən sonra “14” rəqəmləri əlavə edilsin.

6. 7.6-cı bənddə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 8.7-1-ci bənd əlavə edilsin:

“8.7-1. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada reklamverici (reklam istehsalçısı, reklam agenti) ilə bağlanılan müqavilə əsasında reklam yerləşdirmək və gəlir əldə etmək;”.

8. 9-cu bəndin üçüncü cümləsində və 14.2-ci bənddə “müavinləri” sözü “müavini” sözü ilə əvəz edilsin.

9. 12-ci bənddə “Respublikasının Ali Məclisi” sözləri “Respublikası Ali Məclisinin sədri” sözləri ilə, “iki” sözü “bir” sözü ilə əvəz edilsin.

10. 13-cü bənddə “müavinləri onlara” sözləri “müavini ona” sözləri ilə, “daşıyırlar” sözü “daşıyır” sözü ilə əvəz edilsin.

11. Aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə olunsun:

“VI. Redaksiyada uçot, hesabat və nəzarət

15.1. Redaksiya mühasibat və statistik uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparır.

15.2. Redaksiya illik maliyyə hesabatlarını hər maliyyə ili bitdikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edir.

VII. Redaksiyanın strukturu, ştat vahidləri və işçilərin əməkhaqları

Redaksiyanın strukturunu, ştat vahidlərinin ümumi sayını və işçilərin əməkhaqlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla Baş redaktor müəyyən edir.

VIII. Redaksiyanın ləğvi və yenidən təşkili

Redaksiyanın ləğvi və yenidən təşkili Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən həyata keçirilir.”.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 10 iyul 2024-cü il

Nəşr edilib : 10.07.2024 18:33