AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü il 14 may tarixli 111-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü il 14 may tarixli 111-IV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“5.4. Nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan iki müavini vardır. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirirlər və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”.
2. 5.5.2-ci yarınbənddə “müavinin” sözü “müavinlərinin” sözü ilə əvəz edilsin.
3. 5.7-ci bənddə “müavininə” sözü “müavinlərindən birinə” sözləri ilə  əvəz edilsin.
4. 5.8-ci bəndin birinci cümləsində “müavinindən” sözü “müavinlərindən” sözü ilə əvəz edilsin.

Anar İBRAHİMOV
Naxçıvan Muxtar Respublikası 
Ali Məclisi sədrinin müavini:                            Naxçıvan şəhəri, 08 dekabr 2023-cü il

Nəşr edilib : 08.12.2023 18:46