AZ EN RU

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 25 oktyabr tarixli 90-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 25 oktyabr tarixli 90-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.1-ci, 8.4-cü, 8.6-cı, 9.2-ci, 9.4-cü, 9.7-ci və 9.16-cı yarımbəndlərdə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

2. 8.8-1-ci yarımbənddə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə, “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “açıqlanmasını” sözü “təşviqini” sözü ilə əvəz edilsin.

3. 8.11-ci yarımbənddə “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

4. 8.11-4-cü yarımbənddə “qanunvericiliyə” sözü “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin.

5. 8.11-6-cı yarımbənddə “qanunvericiliyə” sözü “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 8.11-8-ci yarımbənd əlavə edilsin:

“8.11-8. gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirmək;”.

7. 8.19-cu yarımbənddən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini:  

Naxçıvan şəhəri, 05 oktyabr 2023-cü il

Nəşr edilib : 05.10.2023 17:53