AZ EN RU

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Qanunu

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 21-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə müəyyən edilmiş məbləğdə aylıq vəzifə maaşı alır.”.

          AZƏR ZEYNALOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini 

Naxçıvan şəhəri, 16 may 2023-cü il

Nəşr edilib : 16.05.2023 15:21