AZ EN RU

"Naxçıvan Muxtar Respublikası - 100" adlı inşa müsabiqəsi keçirilib

"Naxçıvan Muxtar Respublikası - 100" adlı inşa müsabiqəsi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Kəngərli Rayon Bölməsinin və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Naxçıvan Muxtar Respublikası - 100” adlı inşa müsabiqəsi keçirilib. Müsabiqədə 26 şagirdin iştirakı təmin edilib. Qalib şagirdlər təşkilatçılar tərəfindən diplomla mükafatlandırılıblar.

Nəşr edilib : 20.02.2024 11:40