AZ EN RU

Naxçıvan Muxtar Respublika Xəstəxanasının akt zalında tədbir keçirilmişdir

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Tibb tullantılarının idarə olunması dair Tələblər" haqqında 213 nömrəli  Qərarına uyğun olaraq tibb tullantılarının idarə olunması məqsədilə keçirilmiş reyd yoxlamaların nəticələri və qanunvericiliyin tələbləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının akt zalında tədbir keçirilmişdir. 

Keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov yoxlamaların nəticələrinin aradan qaldırılması müddətin verilməsi və birgə təlimlərin keçirilməsi ilə bağlı çıxış etdi. Daha sonra ETSN-nin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Xanlar Mustafayev mövcud ekoloji problemlər və həlli yolları haqqında çıxış etdi.
ETSN-nin əməkdaşları səhiyyə müəssisələrində tibb tullantılarının idarə olunmasında aşkar edilmiş nöqsanlar və mövcud qanunvericiliyin tələbləri ilə bağlı çıxışlar etmişlər.

Nəşr edilib : 17.10.2023 18:13