AZ EN RU

Naxçıvan Muxtar Respublika Xəstəxanasında uğurlu əməliyyat baş tutub

Bu gün Naxçıvan Muxtar Respublikasında səhiyənin inkişafına göstərilən diqqət və qayğı, muxtar respublikanın səhiyyə ocaqlarının müasir tibbi avadanlıqlar və peşəkar tibbi kadrlarla təmin olunması aparılan hər bir uğurlu əməliyyatda, əhalinin müayinə və müalicəsinin yüksək səviyyədə təşkilində özünü biruzə verir. Bu sahədə yaradılan hərtərəfli şəraitin və bu şəraitdən səmərəli istifadənin nəticəsidir ki, əhali arasında rast gəlinən xəstəliklər vaxtında aşkarlanaraq peşəkarlıqla aradan qaldırılır.

Uğurla nəticələn əməliyyatların davamı olaraq, mayın 18-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında endoskopik əməliyyat baş tutub. Belə ki, xəstəxanaya 2019-cu il doğumlu Kərimov Malik Qalib oğlunun yad cisim qəbul etməsiylə bağlı müraciət olunub. Valideynləri tərəfindən qəpik udduğu iddia olunan uşaq təcili nəzarətə alınıb və yaranmış vəziyyətlə bağlı ilk olaraq rentgenoloji müayinəaparılıb. Müayinə nəticəsində uşağın qida borusunda perikal (birinci)darlıqda oval formada metallik görünüşlüyad cismin olduğu aşkar edilib.

Müayinələr zamanı uşağın virus infeksiyasına yoluxduğu da müəyyən olunub. Virus infeksiyasına yoluxma xəstədə anesteziya prosesində çətinliklər yaratsa da, anestezioloq-reanimotoloq həkimlərin yüksək peşəkarlığı sayəsində xəstə təcili olaraq endoskopik əməliyyata alınıb. Həkim-anestesioloq-reanimatoloq Elsevər Ağəliyev tərəfindən aparılan bu əməliyyat 40 dəqiqə davam edib və xəstənin qida borusundan yad cisim çıxarılıb. Əməliyyat yüksək peşəkarlıq göstərən həkimlərimizin sayəsində uğurla nəticələnib. Uğurlu əməliyyat nəticəsində səhhəti yaxşılaşan xəstə evə göndərilib.

Onu da qeyd edək ki, muxtar respublika xəstəxanalarında bu cür əməliyyatların aparılması ilk deyil. Bundan əvvəlki əməliyyatlar da uğurla nəticələnib və hər hansı bir ağırlaşmaya rast gəlinməyib.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.05.2022 17:43