AZ EN RU

Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbulu ilə bağlı təsdiq edilən qərar ləğv edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarlara əsasən, “Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında qərarla bağlı dəyişiklik edilib.

Bu barədə Naxçıvan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, qurumun 2023-cü il 10 mart tarixli Qərarı ilə “Naxçıvan Musiqi Kollecinə müəllimlərin işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən həyata keçiriləcəkdir. 

Nəşr edilib : 15.03.2023 15:55