AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının fəalları 8300 manat dəyərində qrant qazanıb

Azərbaycan Respubliksı Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən "İdeyanı Reallaşdır 2023" Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin Qalibləri elan edilib.

Naxçıvan Müəllimlər İnstitutu Tələbə Gənclər Təşkilatının fəal üzvləri qalib layihələr sırasındadır. Tələbə Gənclər Təşkilatının sədr müavini Bəhriyyə Hüseynli "Naxçıvan Könüllülərinin "Könüllülük fəaliyyətində yeni mərhələ" adlı regional forum", Ekologiya klub sədri Röya Məmmədova "KönüllüSən!", İntellektual oyunlar klubunun sədri Asiman Cabbarova "BusinesStorm" region gəncləri üçün sahibkarlıq təlimləri layihələri müsabiqənin qalibi olub.

Nəşr edilib : 20.04.2024 13:42