AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda “Silinməz qan yaddaşımız” adlı tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “20 Yanvar –  Ümumxalq Hüzn Günü” ilə əlaqədar institutun əməkdaşları və tələbələrinin iştirakı ilə “Silinməz qan yaddaşımız adlı tədbir təşkil olunub.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun rektoru Azad Novruzov qeyd edib ki, 20 yanvar  hadisəsinin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Bu, elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın, cəsarətlə mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu.

Rektor diqqətə çatdırıb ki, həmin gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

        Sonra Hümanitar və ictimai fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Silinməz qan yaddaşımız” adlı məruzə ilə çıxış edib.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən sənədli film nümayiş olunub.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

 

Nəşr edilib : 19.01.2024 16:28