AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda “Novruzun zəfər sədası” adlı tədbir keçirilib

Milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliğ olunması, adətlərin yaşadılması, gənclərin sosial-mədəni həyatında birlik və mehribanlığı möhkəmləndirmək məqsədilə keçirilən tədbirdə  doğma təhsil ocağı Novruz atributları ilə bəzədilib, gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərlə bağlı fəaliyyətlər, folklor, musiqi nömrələri ifa edilib, Novruz personajları – Bahar qız, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrinin personalizasiyası bayram şənliyinə rəngarənglik verib. İnstitutun həyətində “Novruz” tonqalı qalanıb, professor-müəllim və tələbə kollektivi yüksək əhvali-ruhiyyə ilə tonqalın ətrafında toplaşıb.

Nəşr edilib : 19.03.2024 09:29