AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda “Korrupsiyaya qarşı mübarizə, antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda seminar müşavirə keçirilib

İyunun 11-də Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Prokurorluğu ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası ilə əlaqədar “Korrupsiyaya qarşı mübarizə, antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda seminar müşavirə keçirilib. Tədbirdə institutun struktur rəhbərləri, professor-müəllim heyəti iştirak edib. Müşavirədə institutun ümumi işlər üzrə prorektoru İlqar Hacıyev, prokurorluğun şöbə rəisi Faiq Səfərov  mövzu ilə əlaqədar çıxışlar  etmiş və müzakirələr aparılmışdır.

Qeyd edilib ki,  respublikamızda korrupsiyaya qarşı mübarizənin hüquqi və strateji əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş,  cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu fəaliyyət özünün ən yüksək mərhələsinə çatmış, dövlət qurumlarında yeni elektron xidmət mexanizmlərinin tətbiqi şəffaflığın təmin olunmasında mühüm rol oynamışdır. Dövlətimiz tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmizin  böyük uğurlar əldə etdiyi bildirilmiş, korrupsiya və rüşvətxorluqla məşğul olmağın hüquqi məsuliyyəti barədə tədbir iştirakçılarına dolğun məlumat verilmişdir.

Nəşr edilib : 11.06.2024 18:16