AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda Hüseyn Cavidin “Azər” poemasının müzakirəsi keçirilmişdir

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası Naxçıvan Müəllimlər İnstitutunun“Kitabxanaçılıq və İnformasiya fəaliyyəti” ixtisasi üzrə təhsil alan I və II kurs tələbləri ilə “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən Hüseyn Cavidin “Azər” poemasının müzakirəsini keçirmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakultəsinin dekanı, pedoqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar” haqqındakı sərəncamından,  siyahıya daxil edilmiş ədəbiyyatların gənc nəslin tərbiyəsindəki rolundan danışmışdır.

  Sonra A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının baş biblioqrafı Xanım Haqverdiyeva “H.Cavidin həyat və yaradıcılığı” və böyük metodist Tamaraxanım Aşurlu “Azər” poeması mövzularında çıxış etdilər.Tələbələrlə mövzu əsasında geniş müzakirələr aparıldı.

Sonda tədbir iştirakçıları “Oxunması zəruri olan kitablar”dan ibarət sərgi ilə tanış oldular.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.04.2022 09:44