AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda "5 Oktyabr-Qalib ölkənin müəllimi" adlı tədbir keçirilmişdir.

5 oktyabr 2023-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda "5 Oktyabr-Qalib ölkənin müəllimi" adlı tədbir keçirilmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən  qoyulmuş milli təhsil strategiyasının bu gün uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, şəxsiyyətin formalaşmasnda və cəmiyyətin inkişafında  müəllim əməyinin rolu əvəz edilməzdir. Sonra o, dövlətimiz tərəfindən gənc nəslə göstərilən diqqət və qayğıdan, ali və ümumtəhsil məktəblərində təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Rektor qeyd edib ki,  Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. İnstitutda yaradılmış infrastrukturun, təhsil şəraitinin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Daha sonra isə gələcəyin müəllimlərinin birgə hazırladıqları videoçarxlar nümayiş etdirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Republikasının Ağsaqqallar şurasının sədri Məmmədov Məmməd çıxış edərək pedoqoji kollektivin müəllim və tələbələrini təbrik etmişdir.

Tədbirin gedişi zamanı şeirlər səsləndirilmiş və tələbələrin ifasında kiçik səhnəcik nümayiş olunmuşdur. Sonda isə tələbələrin əl işlərindən ibarət güllər müəllimlərə təqdim olunmuşdur.

Nəşr edilib : 05.10.2023 19:24