AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr müzakirə olunmuşdur

Naxçıvan Müəllimlər İnstitutunda “2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda genişləndirilmi Elmi şura keçirilmişdir.

İnstitutun rektoru Azad Novruzov illik hesabat məruzəsində qeyd etmişdir ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutunda tədrisin keyfiyyətli təşkili və səmərəliliyinin artırılması, elmi mühitin inkişaf etdirilməsi, elmi-pedaqoji kadr potensialının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, ümumrespublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində görülmüş işlər 2022-ci təqvim ilində də davam etdirilmişdir. 

Diqqətə çatdırılıb ki, hesabat dövründə tədrisin səmərəli təşkilinə dair sənədlərin hazırlanması və ya yenilənməsi istiqamətində, tələbə əsaslı tədrisin təkmilləşdirilməsi məqsədilə bir sıra sənədlər təkmilləşdirilmiş, konfrans, seminar və təlimlərdə iştirak edilmişdir.

Eyni zamanda elmi-pedaqoji kadrların hazırlanması və institutun elmi potensialının möhkəmlənməsi istiqamətində bir sıra nəticələr əldə edilmişdir: Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Naxçıvan Müəllimlər İnstitutu nəzdində fəaliyyət göstərən FD 2.40 Dissertasiya şurasında hesabat ilində 16 nəfər dissertant fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmişdir. Həmin dövrdə 4 əməkdaşımız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcə diplomunu almışdır.

Qeyd edilib ki, Naxçıvan Müəllimlər İnstitutu alimlərinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunmuş əsərlərinə dünya miqyasında elmi istinadlar hesabat ilində də davam etmişdir. O cümlədən, əldə edilmiş elmi nəticələrin beynəlxalq və ölkə elmi məkanında tanıdılmasını təmin etmək məqsədilə Naxçıvan Müəllimlər İnstitutunda hazırda çalışan bütün əməkdaşların (100 əməkdaşdan 96 nəfərinin) Academia.edu  açıq akademik sistemdə səhifələri mütəşəkkil qaydada açılmışdır. Əvvəllər çap edilmiş, lakin internetdə olmayan məqalələrinin bu sistemdə yerləşdirilməsinə, institutun rəsmi nmi.edu.az saytında akademik heyət üzvlərinin mövcud fərdi səhifələrinin yenilənməsi və onların bütün nəşrlərinə keçidlərin həmin səhifələrə inteqrasiya edilməsinə başlanılmışdır.

2022-ci ildə institut əməkdaşlarının 314 əsəri, o cümlədən 4 monoqrafiya, 5 dərs vəsaiti, 42 tədris-metodik və saiti və fənn proqramı, 216 elmi və elmi-metodik məqaləsi (dövri elmi jurnallarda və konfrans materiallarında), 47 tezisi çap olunmuşdur. Bunlardan xaricdə cəmi 33 elmi məqalə və 3 tezis, o cümlədən dövri elmi jurnallarda 15, konfrans materiallarında 18 məqalə çap olunmuşdur. Bu məqalələrdən 13-ü beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan elmi nəşrlərdə dərc olunmuşdur.

Bildirilib ki, Naxçıvan Müəllimlər İnstitutunda 2022-ci il üçün nəzərdə tutulmuş elmi-təşkilatı tədbirlərdən 1 Beynəlxalq, 2 respublika və 19 institut səviyyəli elmi konfrans və digərləri hibrid (əyani və videobağlantı) formatda təşkil edilmişdir.

Qeyd olunub ki, il ərzində tələbələrin milli, mənəvi-dini maarifləndirilməsinin təmin edilməsi məqsədilə qəbul olunmuş müxtəlif tədbirlər planına əsasən tərbiyə işləri sistemli şəkildə aparılmışdır. Ümumilikdə, 104 adda institutdaxili və ölkə səviyyəli müxtəlif səpkili tədbirlərdə tələbələrin iştirakı təmin edilmişdir. Xarici əlaqələr sahəsindəki işlər diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Müəllimlər İnstitutu Türkiyənin Kocaeli, Sakarya, Anadolu Universitetləri ilə Mevlana Mübadilə proqramı çərçivəsində əməkdaşlığını davam etdirmişdir.

Görülmüş işlər və həyata keçirilmiş elmi tədbirlərlə bağlı materiallar mütəmadi olaraq mətbuat və televiziyada, institutun rəsmi saytında işıqlandırılmışdır.

Sonra məruzə ətrafında çıxışlar olub.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat

və ictimaiyyətlə əlaqələr xidməti

 

Nəşr edilib : 10.02.2023 15:17