AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutu fəlsəfə doktoru hazırlığı üzrə 2022-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir

    Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığı üzrə 2022-ci il üçün qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları” əsasında aparılır.

    * Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli əsaslarla aparılır.
    Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
    Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin  portal.edu.az  saytına daxil olmalı, orada “Ali  və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Son tarix 5 may 2022-ci ildir.
    Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər. Xarici dildən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci ilin iyun ayında keçirilməsi planlaşdırılır. Xarici  dil imtahanını müvəffəqiyyətlə  vermiş şəxslər üçün Fəlsəfə fənni üzrə imtahan 1, 2, 5 sentyabr 2022-ci il tarixlərdə, ixtisas imtahanı  12,13 sentyabr 2022-ci il tarixlərdə keçiriləcəkdir. 
    Əlavə məlumat almaq üçün Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə müraciət etmək olar.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev 
prospekti, 2. Naxçıvan Müəllimlər İnstitutu
Elmi hissə (otaq № 208)
Əlaqə telefonları:(+994 36) 544 04 29
E-mail:  elmihisse@nmi.edu.az

Nəşr edilib : 07.04.2022 19:27