AZ EN RU

Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri azalıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 245,8 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

Sənəddə deyilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,4 % azdır.

Hesabat dövründə Naxçıvan MR-in büdcəsinin xərcləri bu ilin I yarısında 236,5 milyon manat olub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 % azdır.

Nəşr edilib : 01.08.2023 13:33