AZ EN RU

Naxçıvan MR Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvanda beynəlxalq “Yer saatı” aksiyası keçirilib

İctimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəltməkdən və enerjiyə qənaətin təşviq olunmasından ibarət olan “Yer saatı” aksiyası Naxçıvanda da təşkil olunub.

Dədə Qorqud meydanındakı Təbriz hotelin qarşısında keçirilən aksiyada fəal gənclər, könüllülər və şəhər sakinləri iştirak ediblər.

1 saat ərzində ətrafdakı binaların fasad işıqları söndürülüb, simvolik olaraq şamlarla “60+” yazısı işıqlandırılıb. Həmçinin gənclər tərəfindən müxtəlif musiqilər səsləndirilib, rəqslər təqdim olunub.

Qeyd edək ki, Azərbaycanda "Yer saatı" ekoloji aksiyası rəsmi olaraq 2011-ci ildən qeyd edilir.

Nəşr edilib : 25.03.2023 22:09