AZ EN RU

Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə başa çatıb

Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə başa çatıb

Xidmətdən verilən məlumata görə, Naxçıvan MR dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 13.07.2023-cü il tarixdə elan olunmuş müsabiqə başa çatıb.

Muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla bağlı ümumilikdə 581 müraciət daxil olub və onlardan 449 namizəd müsabiqədə iştirak hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü il sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

114 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Müsahibə mərhələsini müvəffəqiyyətlə keçən 25 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edilib.

Uğur qazanan namizədlər kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.

Müsahibənin nəticəsi göstərilən linkdə yerləşdirilib: https://bit.ly/3Qo3Sdm

Nəşr edilib : 06.11.2023 10:30