AZ EN RU

Naxçıvan MR Ali Məhkəməsinə yeni hakim təyin edilib

Milli Məclisin bu gün keçirilən iclasında “M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi təklif edilib.

Məsələ səsverməyə çıxarılıb və Müşfiq Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Nəşr edilib : 05.04.2024 12:11