AZ EN RU

Naxçıvan Modul Elektrik Stansiyası əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublikasında əhalinin və müəssisələrin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq yeni yarımstansiyaların qurulması və mövcudlarının təmiri diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə 87 MVt-lıq Naxçıvan Modul Elektrik Stansiyasının əsaslı təmiri üçün bir mənbədən satınalma üsulu ilə ötən il oktyabrın 2-də “Wartsila Services Switzerland LTD” şirkəti ilə satınalma müqaviləsi imzalanıb. Stansiyanın əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 7.200.000,0 manat vəsaitin tam hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 17.01.2024 15:15