AZ EN RU

Naxçıvan məhsulları Ər-Riyad şəhərində keçirilən sərgidə nümayiş olunub

Mayın 21-23-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “Saudi Food Show 2024” sərgisi keçirilib.
“Şərq qapısı” xəbər verir ki,  sərgidə “Cahan Şirkətlər Qrupu” MMC-yə daxil olan  “ENNA” MMC-nin istehsalı olan “Plus ower", "Dinamit", "Dark horse wild" ,"Buzz tea" alkoqolsuz enerji içkiləri, "Cahan Çay" MMC-də paketlənən "Tudor" çayları vahid ölkə stendində nümayiş olunub. Məhsulları ictimaiyyətə  “ENNA” MMC-nin marketinq mütəxəssisi Uğur Rəhimov  təqdim edib. 

Qeyd edək ki, “Saudi Food Show 2024” sərgisində 99 ölkənin məhsulları nümayiş olunub, Naxçıvanda istehsal olunan “ENNA” MMC-nin məhsulları da maraqla qarşılanıb. 

Nail ƏSGƏROV

Nəşr edilib : 27.05.2024 11:02