AZ EN RU

Naxçıvan könüllüləri təmizlik aksiyası keçiriblər

    Ekologiya və “ASAN” xidmət könüllüləri Şahbuz rayonunda təmizlik aksiyası keçirib. Tədbirdə könüllülərə əlamətdar günlə bağlı məlumat verilib. Bildirilib ki, ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu var. Buna görə də gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür. 
    Daha sonra könüllülər çay kənarı ətrafında aksiya keçirib, ərazidə təmizlik işləri aparıblar. 
    Sonra isə könüllülər Batabat ərazisində yerləşən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkını ziyarət edib, ətraflı məlumatlandırılıblar. 

Xəbərlər şöbəsi 

Nəşr edilib : 06.06.2023 20:32