AZ EN RU

Naxçıvan karateçiləri beynəlxalq turnirdən medallarla qayıdır

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Open Georgia” beynəlxalq karate turniri keçirilib. İki gün davam edən yarışda 9 yaş kateqoriyasında müxtəlif çəki dərəcələri üzrə mükafatçılar bəlli olub.
Turnirdə Azərbaycanı təmsil edən 6 muxtar respublika idmançısından 3-ü medalçılar sırasına düşməyə nail olub. “Qapıcıq” Karate-do İdman Klubunun üzvləri olan həmin idmançılar uğurlu çıxış sayəsində ölkəmizin aktivinə 1 qızıl, 2 gümüş medal əlavə etdiriblər.
Kumite yarışlarında iştirak edən Xədicə Bayramova (-30 kq) 10-11 yaş kateqoriyasında rəqiblərini üstələyərək qızıl medal qazanıb. Nərgiz Həsənli (-61 k)14-15 yaş kateqoriyasında ikinci olub. Kata yarışlarında iştirak edən Kənan Qənbərov (+55 kq) isə 12-13 yaşlılar arasında ikinci yerə layiq görülüb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 11.06.2024 11:03