AZ EN RU

Naxçıvan karateçiləri beynəlxalq turnirdə 17 medal qazanıb

    Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI “Arpaçay Open” beynəlxalq turniri keçirilib. Ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynadan, ümumilikdə, 570 idmançı 31 klubu təmsil edib. Yarışda Naxçıvan Karate-do Federasiyasının idmançıları geniş tərkibli heyətlə mübarizə aparıblar. 15 karateçimiz uğurlu çıxışı ilə adını mükafatçılar sırasına yazdırıb.     
    Kumite növündə 16-17 yaş qrupunda mübarizə aparan Rəşid Süleymanov -68 kiloqram çəki dərəcəsində qalib, -70 kiloqram çəki dərəcəsində isə ikinci olub. Aslan İsmayılov (18-20 yaş, 84+ kiloqram), Rəşad Qasımov (18-20 yaş, -67), Fatimə Bədəlova (16-17 yaş, +59) və Fatimə Bağırzadə (6-7 yaş, -25 kiloqram və +25 kiloqram) öz yaş və çəki kateqoriyaları üzrə gümüş medala layiq görülüblər. Vüsal Seyidov (18-20 yaş, -61), İmran Həsənov (18-20 yaş, -60), Aminə Novruzzadə (12-13 yaş, +47), Kənan Qənbərov (8-9 yaş, +40 kiloqram),  Əli Əzizov (6-7 yaş, +25 kiloqram) və Həmidə Əzizova (6-7 yaş, -25 kiloqram) bürünc medala sahib çıxıblar. 
    Kata növündə isə Məhəmməd Bağırov (14-15 yaş), Canər Abbaszadə (12-13 yaş) və Elgün Zeynalov (12-13 yaş) yarışı üçüncü sırada tamamlayıblar.

     Bu nəticələrlə Naxçıvan karateçiləri yarışda 2 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla, ümumilikdə, 17 medal qazanıblar. 

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 25.01.2022 18:45