AZ EN RU

“Naxçıvan innovativ inkişaf mərhələsində” mövzusunda açıq dərs

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və “Naxçıvan” Universitetinin tələbələrinin iştirakı ilə “Naxçıvan innovativ inkişaf mərhələsində” mövzusunda açıq dərs keçilib.   
    Dərsi giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev bildirib ki, qədim dövlətçilik tarixi olan Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Naxçıvanın bütün sosial-iqtisadi, infrastruktur və müdafiə məsələləri yüksək səviyyədə öz həllini tapır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahələrinin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilir. Qazanılan uğurların təməlində ulu öndərin siyasəti dayanır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin edilir. Naxçıvan Muxtar Respublikasının müstəqillik illərindəki sürətli və hərtərəfli yüksəlişi Azərbaycan dövlətinin müasir inkişafının real təzahürlərindən, mühüm göstəricilərindən biridir.
    Sonda mərkəzdə yaradılan sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.03.2022 20:09