AZ EN RU

Naxçıvan İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq

2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov deyib ki, zərurətdən irəli gələrək 2024-cü il ərzində Sosial Xidmət Mərkəzi və Sosial Reabilitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Nazir qeyd edib ki, hazırda mövcud infrastruktur əsasında layihələndirmə işlərinə başlanılıb. Kəngərli rayonunda baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan, yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya, Şərurda əlillik müəyyən edilmiş şəxslər üçün psixonevroloji sosial xidmət mərkəzi, Şahbuz və Ordubad rayonlarında 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün günərzi qayğı mərkəzləri, Culfada məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya mərkəzi, Sədərəkdə insan alveri qurbanları üçün yardım mərkəzi və Naxçıvan şəhərində Naxçıvan İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq.

Nəşr edilib : 31.01.2024 20:07