AZ EN RU

Naxçıvan idmançıları Türkiyədən medallarla qayıdır

Naxçıvan Muxtar Respublikası Gənclər  və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Bursanın Gemlik bölgəsində V Beynəlxalq Gemlik Karate Turniri keçirilib. Naxçıvan şəhərində fəaliyyət göstərən “Zərbə” Karate Klubunun idmançıları da ənənəvi turnirdə iştirak edib. Komandadan 4 idmançı yarışa qatılıb və onlardan ikisi mükafatçılar sırasına düşüb. Samir Əsgərov (52 kiloqram) kumite yarışlarında 1 qızıl və 1 bürünc medal qazanıb. Son vaxtlar ardıcıl nəticələri ilə seçilən Fatimə Bağırzadə bu dəfə də fərqlənib. 9 yaşlı idmançımız kumite yarışında öz həmyaşıdlarını üstələyərək 36 kiloqram çəki dərəcəsinin qalibi olub. 

Naxçıvan karateçiləri bu nəticələrlə turniri 2 qızıl və 1 bürünc medalla tamamlayıblar. 

Nəşr edilib : 22.07.2024 12:24