AZ EN RU

Naxçıvan idmançıları respublika turnirlərində 10 medal qazanıblar

    Ağdaş Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinə həsr edilən uşu üzrə "Dəmir yumruq-4" respublika turniri keçirilib. Yarışa müxtəlif bölgələrdən 150-ə yaxın yeniyetmə və gənc idmançı qatılıb. 
    Naxçıvan Kikboksinq Federasiyasının idmançıları da medallar uğrunda mübarizə aparıblar. Belə ki, muxtar respublikamız turnirdə məşqçi Kaməddin Rzayevin rəhbərlik etdiyi "Şimşək" komandası ilə təmsil olunub. İdmançılarımızdan Fərişad Süleymanov , Miryusif Seyidov  və Adəm Əsgərov qızıl medala sahib çıxıblar. Məhərrəm Abbasov, Turqay Həsənli  və Əli Nəsrullayev isə gümüş medalçı olublar. Bu nəticələrlə "Şimşək" turniri komanda hesabında üçüncü sırada bitirib. 
    Bundan əlavə idmançılarımız Ağdaşda kikboksinq üzrə respublika turnirində də iştirak ediblər. Nəticələrə gəlincə,  Əli Nəsrullayev ilə Fərişad Süleymanov qalib olub, Məhərrəm Abbaslı və Turqay Həsənli isə müvafiq olaraq ikinci, üçüncü yerlərə layiq görülüblər. 
    İdmançılar diplom və medalla təltif ediliblər. 

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 11.02.2022 19:30