AZ EN RU

Naxçıvan idman ictimaiyyətinin nümayəndələri mükafatlandırıldı

    Qardaş Türkiyə Respublikasının İstanbul şəhərində təkbətək döyüş idmanı növlərini əhatə edən ilk mükafatlandırma mərasimi – “Altın Yumruq ödül gecəsi” reallaşıb. Tarık Sayın Prodüksiyon tərəfindən təşkil olunan mərasimdə tanınmış simalar, media nümayəndələri, menecerlər, məşqçi və idmançılar, o cümlədən döyüş idmanında uğurlu fəaliyyəti olan şəxslər iştirak ediblər. 
    Tədbirə dəvət olunanlar arasında Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev və federasiyanın məşqçisi Etibar Qəribov da olublar. Qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, istedadlı idmançıların üzə çıxarılması və ümumi fəaliyyətinə görə Xəyal Abdullayev “Kikboks onur ödülü” ilə təltif olunub. Etibar Qəribov isə həm idmançı, həm də məşqçi kimi Türkiyə və Azərbaycandakı paralel fəaliyyəti və uğurları əsas götürülməklə “Spor elçisi ödülü” ilə mükafatlandırılıb. 

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 17.01.2023 21:33