AZ EN RU

Naxçıvan hərbi prokurorluğunun əməkdaşları Şəhid ailələrini ziyarət ediblər

Naxçıvan hərbi prokurorluğunun əməkdaşları Naxçıvan Muxtar Respublikasının yaranmasının100 illik yubileyi və Müqəddəs Ramazan bayramı münasibətilə aprelin 8-də şəhid ailələrini ziyarət ediblər. 
Naxçıvan Hərbi prokuroru  ədliyyə polkovnik-leytenantı Aqil Axundovun təşkilatçılığı ilə həyata keçirilən ziyarət zamanı  şəhidlərimizin ailələri və valideynləri ilə birlikdə şəhidlərimizin əziz xatirəsini yad edib, şəhidlərimizin mənalı həyat və döyüş yoluna nəzər salaraq, onlara dərin hörmət və ehtiramlarını ifadə ediblər. Eyni zamanda şəhid ailələrinə bayram sovqatı təqdim olunub.

Nəşr edilib : 09.04.2024 14:11