AZ EN RU

Naxçıvan Hərbi Prokurorluğunda “Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı” adlı tədbir keçirilib

    Cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Hərbi Prokurorluğunda “Qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı” adlı elmi-praktiki konfrans keçirilib.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
    Tədbirdə çıxış edən Naxçıvanın hərbi prokuroru Aqil Axundov bildirib ki, 20 il bundan əvvəl, 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib və bununla da ölkəmizin inkişafında yeni mərhələ başlanıb.
    Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasəti bütün sahələrdə Prezident cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun uğurla davam etdirilir. Xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, hər ili tərəqqi ili olan son 20 ildə Azərbaycan Respublikası uğurlu yol keçib, o cümlədən bütün ərazisində suverenliyini tam bərpa edib.
    Çıxışda qazanılan uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolundan da bəhs olunub.
    Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik sərkərdəliyi, xalqımızın dəmir iradəsi, hərbçilərimizin qəhrəmanlığı qüdrətli Azərbaycanın ərazi bütövlüyünün bərpasını şərtləndirib və bu böyük tarixi hadisə Ulu Öndərin 100 illiyinə, “Heydər Əliyev İli”nə möhtəşəm töhfə olub.
    Tədbir mövzu ilə bağlı çıxışlarla yekunlaşıb.

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 24.10.2023 15:43