AZ EN RU

Naxçıvan güləşçilərindən uğurlu nəticələr

    Bakıda Əməkdar məşqçi Minbudaq Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kadetlər arasında respublika turniri keçirilib. Naxçıvan Güləş Federasiyasından 2 məşqçinin rəhbərliyi ilə 10 idmançımız yarışda iştirak etmək imkanı qazanıb. Onlardan üçü mükafatçılar sırasına düşməyi bacarıb. 
   Təmsilçilərimizdən Sadiq Kərimov 52 kiloqram, Tuqay Qəhrəmanlı 48 kiloqram, Ələkbər Əsgərov isə 32 kiloqram çəki dərəcəsi üzrə fərqlənib. Hər üç idmançımız öz çəkisində üçüncü yerə layiq görülüb. Bununla da Naxçıvan güləşçiləri turniri  3 bürünc medalla tamamlayıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 13.03.2023 22:21