AZ EN RU

Naxçıvan güləşçilərindən uğurlu nəticələr

Bakıda Əməkdar məşqçi Minbudaq Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kadetlər arasında respublika turniri keçilib. Naxçıvan Güləş Federasiyasından 2 məşqçinin rəhbərliyi ilə 10 idmançımız yarışda iştirak etmək imkanı qazanıb. Onlardan üçü mükafatçılar sırasına düşməyi bacarıb. 

Təmsilçilərimizdən Sadiq Kərimov 52 kq, Tuqay Qəhrəmanlı 48 kq, Ələkbər Əsgərov isə 32 kq çəki dərəcəsi üzrə fərqlənib. Hər üç idmançımız öz çəkisində üçüncü yerə layiq görülüblər. Bununla da Naxçıvan güləşçiləri turniri 3 bürünc medalla tamamlayıb. 

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 13.03.2023 12:26