AZ EN RU

Naxçıvan güləşçiləri “Şuşa - 270” turnirində iştirak ediblər

    Abşeron Rayon Gənclər və İdman İdarəsi, “Motivator Azərbaycan” və Aslanov Güləş Akademiyasının birgə təşkilatçılığı ilə açıq birincilik keçirilib. Abşeron Olimpiya İdman  Kompleksində reallaşan yarışda Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan və İrandan, ümumilikdə, 307 idmançı iştirak edib.
    Naxçıvan Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərovun rəhbərliyi ilə muxtar respublikamızı yarışda             1 məşqçi və 7 idmançı təmsil edib. Güləşçilərimizdən 3-ü mükafatçılar sırasına düşüb. Belə ki, Anar Həsənli (42 kiloqram), Toğrul Axundlu (29 kiloqram) və Ələkbər Əsgərli (26 kiloqram) sərbəst güləşdə 3-cü olublar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.06.2022 19:44