AZ EN RU

Naxçıvan güləşçiləri “Çempion kəməri” turnirində mükafatçı olub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş sərbəsr və Yunan-Roma güləşi üzrə “Çempion kəməri” turniri keçirilib. “Motivator Azerbaijan” layihəsinin təşkilatçılığı ilə reallaşan və 4 gün davam edən yarışa  Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiyadan ümumilikdə 400 güləşçi qatılıb. 

Naxçıvan Güləş Federasiyasından 1 hakim, 2 məşqçi və 5 idmançı turnirdə iştirak edib. Təmsilçilərimizdən Tofiq Yusifov (92 kiloqram) və Suat Məmmədov (48 kiloqram) öz çəki dərəcələrində bürünc medal qazanıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.06.2024 17:37